Tahirə Məmmədli: "Ölməyə haqqım yoxdur, çünki əsgər anasıyam" FOTO


Şou-biznes 08 Fev 2019 07:56:00 614 0

Tahirə Məmmədli: "Ölməyə haqqım yoxdur, çünki əsgər anasıyam"  FOTO

"Həyatın o qədər çətinliklərindən keçmişəm, xərçəng mənə yəqin ki, qalib gələ bilməz" 

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Ötən həftə həmkarımız, aparıcı, "Şərq" qəzetinin mədəniyyət yazarı Tahirə Məmmədlinin xərçəng xəstəliyinə tutulduğunu eşitdik. Həmkarımızın durumu ilə maraqlanmaq, ona dəstək vermək üçün redaksiyamıza dəvət etdik. Hər zaman pozitiv ab-havada olan aparıcı bizimlə də müsahibəyə zarafatla başladı: "Həkimə gedəndə ilk sualım bu oldu ki, əgər əməliyyatdan sonra kökələcəyəmsə, əməliyyata girməyəcəyəm. Kökəlmək mənim ən böyük problemimdir".    - Xəstəliyə tutulduğunuzu nə zaman hiss etdiniz?

- Əvvəla qəzetinizin rəhbərliyinə və kollektivinizə mənə diqqət göstərdiyi üçün təşəkkür edirəm. Məni diqqətdən kənarda qoymadınız və jurnalist həmrəyliyinizi nümayiş etdirdiniz. Hərdən deyirlər ki, jurnalistlər arasında həmrəylik yoxdur. Ancaq mən son bir həftədə bunun əksini gördüm. Buna görə, bütün həmkarlarıma təşəkkür edirəm. 7 ay idi ki, narahatlıqlarımın olduğunu hiss edirdim. 3-4 ay xüsusilə narahatlığım çoxalmışdı. Oğlumu hərbi xidmətə yola salırdım  deyə, başım bir az ona qarışmışdı. Başqa bir nahiyədə şiş əməliyyatı keçirdim. Həkimlər mənə bədənimdə olan şişin xoşxassəli olduğunu demişdilər.  Təxminən bilirdim ki, yenə də yarana bilər. Son bir ayda gördüm ki, işləyə bilmirəm və gücüm qalmayıb. Sadəcə, ümid edirdim ki, bədxassəli şiş olmasın. Olsa belə, məni öldürməyə o şişin gücü çatmasın. Mənim ölməyə haqqım yoxdur, çünki əsgər anasıyam. Oğlumun məndən başqa kimsəsi də yoxdur. Günlərdir özümə təsəlli verirəm ki,  güclü qadınam, bunun da öhdəsindən gələcəyəm. Amma həm də onu başa düşürəm ki, həyatda güclü qadın yoxdur. Hamının başına sığal çəkən bir insana, dəstəyə ehtiyacı var. Amma dəstək də olmayanda, çırpınıb, ayaq üstə durmağa məcbur olursan. Onsuz da içimdə ağlayıram.     - Onkoloji xəstəlikdən əziyyət çəkən aparıcı Zülfiyyə Bayramovadan, Toppuş bacıdan müsahibələr alanda düşünürdünüzmü ki, bu hadisə sizin də başınıza gələ bilər?

- Heç zaman ağlımın ucundan da keçməzdi ki, mən də bu xəstəliyə tutularam. Ömür  boyu həyatımı  qaç-qovla keçirmişəm.  Düşünmüşəm ki, bu xəstəliyin də yanından sürətlə ötüb keçəcəyəm, o, mənə yaxın dura bilməyəcək. Özümü aldatmışam ki, çox güclüyəm. Bununla dördüncü dəfədir ki, əməliyyat masasına uzanacağam. Təsəllim isə "pis adama heç nə olmaz" deyimidir. Məni sevənlər qədər sevməyənlər də var. Onların bəziləri indi məyus haldadırlar. Bəziləri də gözləyir ki, Tahirə nə vaxt öləcək  yasıma gəlib aşımı yeyəcəklər.  Biz tərəfdə yas mərasimlərində aşla bərabər ləvəngi də verirlər (gülürük). Onlara həmin aşı yasımda deyil, oğlumun toyunda yedizdirəcəyəm.

- Nə üçün sizə təklif olunan yardım kampaniyalarının  başlanmasını istəmirsiniz?

- Bəlkə də son fürsətimdir. Bəlkə də heç vaxt bir də bunları deməyə fürsətim olmaz. Çox insanlara az da olsa yaxşılığım dəyib. Amma həyatımın elə dönəmi gəldi ki, onlar məni tək qoydular. Zatən son dönəmlər tanınmışların efirdə bu şəkildə müraciətləri artıb. Ona görə də istəmərəm ki, kimsə məni, xəstəliyimlə bağlı müzakirəyə çıxartsın. Xəstəliyindən istifadə edən insan kimi tanınmaq istəmirəm. Durum ağlayım, sızlayım ki, kömək eləyin, onu edə bilmərəm. Bir az Allahın ədalətinə sığınmaq istəyirəm, deyirəm ki, mənim övladımın nə günahı var,  niyə bu yaşda anasız qalsın? Axı onun məndən başqa heç kimi yoxdur. Bu gün əlimi qaldırıb təslim olsam, əminəm ki, xəstəlik məni aparacaq. Həyatın o qədər çətinliklərindən keçmişəm,  xərçəng mənə yəqin ki, qalib gələ bilməz. Ağrıları olsaydı, bəlkə də bu qədər güclü ola, dayana bilməzdim. Məni yarı yolda qoyanlar görsünlər ki, tək də bacarıram. Əslində, təklik bir məktəbdir. O məktəbdə o qədər şeyləri öyrənirsən ki, öyrəndikcə də həyatın qoynuna atılmaq daha rahat olur. Bəlkə elə bir məqam yetişəcək ki, mən məcbur qalıb son həddə o müraciəti etməyə borclu qalacam, yenə də oğluma görə. Amma indi tezdir.

- Sizi daha çox, qalmaqallı, məşhurların qənimi olan bir jurnalist kimi tanıyırıq. İnsanların yaddaşında belə qalmaq sizi qorxudurmu?

- Açığı desəm, əvvəllər qorxmurdum. Daha gənc olanda bu barədə düşünmürdüm ki, qalmaqallı çıxışlar edərəm, haqqımda nələrsə düşünərlər. Bir şeyi düşünürdüm - jurnalistikada olmalıyam və  həqiqətlərdən qaçmamalıyam. Bəlkə də mənim həqiqətim başqasının yalanıdır. Mən həqiqətimin arxasında dayanan bir insanam. Bunu kiminsə marağının qurbanı etməməyə çalışmışam. Əvvəllər belə şeylərə önəm vermirdim.  Oğlum böyüyəndən sonra hiss etdim ki, haqqımda olan istənilən rəy, fikir ona toxunur. Oğul anası olmaq daha çətindir. Onun atası yoxdursa və sən tək qadınsansa, bu, daha böyük məsuliyyətdir. Həyat yoldaşım olsaydı bunlara belə reaksiya verməzdim. Son 3-4 ildə bir az sakitləşmişəm. Görünür bu,  yaşla bağlıdır. İnsan müəyyən yaşa gəlib çatandan sonra xarakterində dəyişikliklər olur. Ancaq Allah o təmkini mənə vermədi. Mənim ən böyük qüsurlarımdan biri də odur. Düzdür, qalmaqallı biriyəm. Ola bilər, kimlər üçünsə cılız görünüm, kimlər üçünsə böyük.  Bir çox kişilərdə olmayacaq qədər cəsarət sahibiyəm. Mən kifayət qədər sərt, qalmaqallı, hətta, bəziləri üçün ürəyi olmayan, daş ürəkli bir qadın obrazı yaratmışam. Belə bir qadın olmağa məni məcbur etdilər. Məndə hamı kimi bir xanım idim, duyğusal, yumşaq. Amma həyat hər dəfə məni vurduqca, divara çırpdıqca bərkidim.

- Xəstəliklə  mübarizə apardığınızı oğlunuz bilirmi?


Xəbərə aid fotolar