İstanbulda 21 nəfər zəhərlənib


Dünya 07 Fev 2019 23:59:00 182 0

İstanbulda 21 nəfər zəhərlənib

İstanbulun Bağcılar bölgəsinin Fatih məhəlləsində yerləşən beşmərtəbəli binanın girişindəki elektrik panelində partlayış baş verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hadisə nəticəsində 15 uşaq olmaqla 21 nəfər dumandan zəhərlənib.

Partlayışdan sonra qısa müddətdə binanı tüstü bürüyüb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib. Zərərçəkənlər bölgədəki xəstəxanalara çatdırılıblar.