Goranboyda podratçı şirkət vədinə əməl etməyib


Digərləri 07 Fev 2019 22:56:00 188 0

Goranboyda podratçı şirkət vədinə əməl etməyib

Goranboyda bir məhəllənin sakinləri podratçı şirkətlə evlərinə qaz çəkilməsi üçün müqavilə bağlayıblar. Onlar bunun üçün pul ödəsələr də, 6 aydan çoxdur ki, qaz xətlərinin çəkilişi tamamlanmayıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Goranboyun Veyisli kəndinin 6 sakini öz məhəllələrinə qaz çəkdirmək üçün 5 min manatdan çox pul xərcləyib.

Podratçı şirkət hələ də işləri yekunlaşdırmayıb.

Ötən ilin avqustunda sakinlər 3 min manat layihənin hazırlanması və sayğacların quraşdırılması üçün podratçı şirkətə veriblər, 2 min manata yaxın pul isə evlərə qaz borularının çəkilməsinə və texnikalara xərcləyiblər. Həmin vaxtdan 6 ay keçməsinə baxmayaraq, yeni məhəlləyə mavi yanacaq verilməyib. Sakinlər dəfələrlə müraciət etsələr də, onlara tezliklə məsələnin həll ediləcəyi bildirilib.

Odur ki, yağmurlu və soyuq havalarda kənd sakinləri odun sobasından istifadə etmək məcburiyyətində qalıblar.