Qubada qazıntı işləri aparan ekskavator çaya aşıb,


Digərləri 07 Fev 2019 22:57:00 250 0

Qubada qazıntı işləri aparan ekskavator çaya aşıb,

Qubada bədbəxt hadisə baş verib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Vəlvələçayda qazıntı işləri aparan ekskavator aşıb. Ekskavatorun sürücüsü 41 yaşlı Şabran rayon sakini Qasımov Vüqar Eyvaz oğlunun uçqun altında qaldığı ehtimal olunur. Əraziyə hüquq-mühafizə oqranlarının əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu cəlb olunub. Aparılan axtarışlar hələ ki, nəticəsiz qalıb. Sürücünün taleyi barədə heç bir məlumat yoxdur. Axtarışlar davam etdirilir.