Hər dükanda satılan bu məhsul yüksək təzyiqdən xilas edir


Digərləri 07 Fev 2019 22:05:00 209 0

Hər dükanda satılan bu məhsul yüksək təzyiqdən xilas edir

Amerika Ürək Assosiasiyasının ekspertləri sübut edir ki, yüksək təzyiqi dərmansız da salmaq mümkündür.

Son.az saglamolun.az-a istinadən bildirir ki, ekspertlərin fikrinə görə, pomidor şirəsinin gündəlik istehlakı təzyiqi əhəmiyətli dərəcədə salmağa kömək edir və həmçinin hipertoniyaya irsi meylli olan insanlarda bu ağır xəstəliyin inkişafı riskini azaldır.

Bunun bir neçə səbəbi var:

1. Pomidor kaliumla zəngindir. Kalium təzyiqi tənzimləyir, ürək əzələsini qoruyur.

2. Bundan əlavə pomidor lokopin maddəsi ilə də zəngindir. Likopin damarlarda xolesterinin yığılmasının qarşısını alır. Xolesterinin damarların divarlarında toplanmsı damarları daraldır ki, bu da təzyiqin yüksəlməsinə səbəb olur.