Varlıq aləmində təsadüfi yaranışlar olurmu?


Digərləri 07 Fev 2019 21:20:00 229 0

Varlıq aləmində təsadüfi yaranışlar olurmu?

Yaşadığımız bu varlıq aləmi sirlər və möcüzələrlə doludur. Bəzən elə olur ki, bəzi şeylərin nə üçün yarandığını bilmirik, ona görə də onun yaranmasından gileylənirik. Hər bir şeyə irad tuturuq. Ancaq bilmirik ki, bu dünyada yaranan hər bir şeyin hikməti vardır və heç bir şey əbəs yerə yaranmamışdır. Qurani-Kərimdə buyurulur ki, Allahın yaratdığı hər bir şeyin hesab-kitabı vardır. Onun yaratdıqlarının heç biri nöqsanlı deyildir.

Son.az deyerler.org-a istinadən bildirir ki, misal üçün, bu ayələr kimi: "(Varlıq aləmində və sizin təsəvvür aləminizdə) elə bir şey yoxdur ki, onun xəzinələri (onun vücudunun Bizim mütləq iradəmiz və "ol" kəlməsi olan mənbələri) Bizim yanımızda olmasın və Biz onu (vücud mərhələsinə)yalnız müəyyən miqdarda nazil edirik. [Və həmçinin sizin yaşayış vasitələrinizdən elə bir şey yoxdur ki, (onun bu dünyanın varlıqlarından olan ilkin maddəsi) Bizim ixtiyarımızda olmasın və onu yalnız müəyyən miqdarda nazil edirik (gerçəkləşdiririk)]". ("Hicr" 21).

"Çünki həqiqətən Biz varlıq aləmindəki hər şeyi (zat, nişanələr, kəmiyyət, keyfiyyət və ömür baxımından) müəyyən ölçüdə və məhdud çərçivədə yaratmışıq (və əbədi od sizin daimi küfrünüzün aqibətidir).

Bizim (əşyaların yaradılışındakı) işimiz (asanlıq və sürət baxımından) bir göz qırpımı kimi olan qəti istəkdən başqa bir şey deyildir". ("Qəmər" 49-50).

"Əgər Allah bəndələrinin ruzisini bol etsəydi, şübhəsiz, yer üzündə zülm və tüğyan edərdilər. Lakin O, istədiyini qədər və ölçü ilə nazil edir. Çünki O, bəndələrin(in vəziyyətin)dən xəbərdar və (onların halını) görəndir". ("Şura" 27).