Gəncədə qadın bədbəxt hadisə nəticəsində ölüb


Digərləri 07 Fev 2019 18:54:00 177 0

Gəncədə qadın bədbəxt hadisə nəticəsində ölüb

Gəncə şəhərində 46 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. 

Belə ki, 1973-cü il təvəllüdlü Aytəkin Həmdəm qızı Qəhrəmanovanın üzərinə dəmir konstruksiya aşıb. Ağır xəsarət alan qadın xəstəxanaya aparılsada onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.