Filippində müsəlmanlar 500 ildən sonra muxtariyyət qazanıblar


Dünya 07 Fev 2019 16:15:00 243 0

Filippində müsəlmanlar 500 ildən sonra muxtariyyət qazanıblar

Filippindəki müsəlman moro xalqı 500 illik mübarizənin yekunu olaraq azadlıq əldə ediblər.

Son.az report-a istinadən xəbər verir ki, bunu Filippində Moroda dinc prosesin monitorinqi üzrə beynəlxalq komissyanın Türkiyədən olan təmsilçisi Hüseyn Oruc "Anadolu" agentliyinə bildirib.

Vurğulanıb ki, Filippinin cənubunda müsəlman moro xalqına genişləndirilmiş muxtariyyətin verilməsi ilə bağlı keçirilən referendumun nəticələrini rəsmi Manila da tanıyıb: "Moro İslam Azadlıq Cəbhəsi Filippin hərbçiləri və polis əməkdaşlarına hücum etməyəcəyinə dair öhdəlik götürüb".

Qeyd edək ki, cari il yanvarın 21-dən fevralın 6-dək moro xalqına genişləndirilmiş muxtariyyətin verilməsinə dair 2 mərhələli səsvermə keçirilib. Bildirilib ki, moro xalqının yaşadığı Mindanao adasında 3 milyon nəfərin səsvermə hüququ var.