Orta məktəb müəllimləri üçün qiymətləndirmə keçirilir


Digərləri 07 Fev 2019 15:32:23 219 0

Orta məktəb müəllimləri üçün qiymətləndirmə keçirilir

Ümumi təhsil müəssisələrinin ibtidai sinif və fənn müəllimləri üçün yekun qiymətləndirmə keçirilir.

Bakı. İlhamə İsabalayeva - Ümumi təhsil müəssisələrinin ibtidai sinif və fənn müəllimləri üçün yekun qiymətləndirmə keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən təşkil olunmuş imtahanlarda 2018-ci ilin noyabr-dekabr aylarında paytaxt üzrə ibtidai sinif və fənn müəllimləri üçün keçirilən ixtisasartırma təlimlərini başa vuran 1 387 müəllimin iştirakı nəzərdə tutulur.