Roma Papası ərəb ölkəsində vəz verdi VİDEO FOTO


Digərləri 07 Fev 2019 13:50:00 231 0

Roma Papası ərəb ölkəsində vəz verdi  VİDEO  FOTO

Dünya katoliklərinin lideri, Roma Papası 1-ci Fransisk tarixdə ilk dəfə olaraq ərəb ölkəsinə səfər edib və orada vəz verib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 82 yaşlı pontifik dünən Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində 120 min insanın qarşısında vəz verib.

170 min yerlik "Zayed Sports City" stadionuna toplaşmış 120 min nəfər pontifiki dinləyiblər.

BƏƏ-də təqribən 1 milyon katolik yaşayır. Bu isə əhalinin 10 faizi deməkdir.

Pontifikin olduğu avtomobil stadiona daxil olarkən balaca qız özünü irəli ataraq Papa ilə görüşmək istəyib.