"Biz gənclərə deyirik ki, Avropadan yaxşı dəyərləri gətirin, amma qeyrirəsmi nikahı gətirirlər"


Digərləri 07 Fev 2019 13:16:00 212 0

"Biz gənclərə deyirik ki, Avropadan yaxşı dəyərləri gətirin, amma qeyrirəsmi nikahı gətirirlər"

Bu gün bir çox ailələr oğluna qız axtaranda onun az savadlı olmasını, evdən çıxmamasını istəyir. Amma bu, problemlər yaradır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Yeni Azərbaycan Partiyasında keçirilən "Gənclər və ailə: ənənə və müasir baxış" adlı tədbirdə deyib.

A.Naxçıvanlı qeyd edib ki, hər bir ailə öz övladına yaxşı təhsil verməlidir: "Düzdür, bu gün bəziləri qıza elçi gələndə söz verirlər ki, onun işləməyinə icazə verəcəklər, amma dediklərinə əməl etmirlər. Bu, insani keyfiyyətlər kimi səciyyələndirilmir. Adətən ögey ata olan ailələrdə qızları başdan etmək üçün tez ərə verirlər".


Xəbərə aid fotolar