Panasonic planşeti ilə pasportlar yoxlanılacaq


Digərləri 07 Fev 2019 08:11:00 228 0

Panasonic planşeti ilə pasportlar yoxlanılacaq

"Panasonic" şirkəti "Toughpad FZ-M1" planşeti əsasında yaradılan pasportların skan edilməsi və şəxsiyyətin müəyyənləşdirilməsi üçün "Toughpad FZ-M1 Passport" adlı qurğu nümayiş etdirib.

Son.az ICTnews-a istinadən bildirir ki, aparat sərhəd nəzarətində pasportların və şəxsiyyət vəsiqələrinin, nəzarət-buraxılış məntəqələrində və mühafizə olunan zonalara girişlərdə sürücülük vəsiqələrinin və buraxılışların yoxlanılması, eləcə də polis və təhlükəsizlik qüvvələrinin ehtiyacları üçün nəzərdə tutulub.

Bundan başqa, bir sıra quraşdırılmış funksiyalar qurğudan turizmdə, əyləncə sahəsində və hotel biznesində, məsələn, böyük tədbirlərin (konfrans və konsertlər) keçirilməsi, həmçinin kruiz təyyarələrinin sərnişinlərinin mindirilməsi və düşürdülməsi zamanı istifadəyə imkan verir.

Avadanlıq 7-ci nəsil "Intel Core i5" prosessoru ilə təchiz edilib və bir sıra identifikasiya texnologiyalarını dəstəkləyir.