Starship kosmik gəmisinin mühərriki sınandı VİDEO


Digərləri 07 Fev 2019 08:15:00 203 0

Starship kosmik gəmisinin mühərriki sınandı  VİDEO

Yer kürəsinin peyki Ayın mənimsənilməsi gəlir baxımından potensial biznesdir. Belə ki, onlarla varlı turist Aya səyahət üçün öz pullarından keçməyə hazırdırlar. NASA isə bu sahəyə milyardlarla dollar investisiya yatırmağı planlaşdırır. SpaceX şirkəti artıq Yer kürəsinin orbitindən kənara çıxmağa hazırlaşır. Belə ki, şirkət Starship kosmik gəmisinin vacib elementini Texasda test edib. Bu barədə Hightech.plus saytı xəbər verib. Braunsvill adlı sınaq meydançasında Raptor adlı mühərrikin ilk sınağı keçirilib. Bu mühərrik Starship kosmik gəmisinin test versiyasına quraşdırılacaq.

Son.az technote.az-a istinadən bildirir ki, şirkətin CEO-su Elon Musk mühərrikin işə düşməsi üzrə maraqlı videonu paylaşıb. Məlumata əsasən hal hazırki mərhələdə SpaceX şirkətinin əsas məqsədi raketin hazırlanma vaxtının azaldılması və xərclərin aşağı salınmasıdır. Musk qeyd edib ki, ilkin vaxtlarda şirkət mühərrikləri həm raketin işə salınmasında həm də raketin orbitdən kənara çıxmasında istifadə edəcək. Mühərriklərin dartma qüvvəsi 200 ton təşkil edir. Bu cür qərarı Musk, Aya sürətli şəkildə çatmaq ilə əlaqələndirib. Gələcəkdə isə mühəndislər müxtəlif göstəricilərə sahib iki Raptor mühərriki yaradacaqlar. Xərclərin aşağı salınması üçün şirkət həmçinin mühərriklərin ümumi sayını da azaldacaq. Musk-ın sözlərinə əsasən ilkin mərhələdə əvvəlcədən planlaşdırıldığı kimi mühərriklərin sayı 31 olmayacaq.

Bundan əlavə olaraq mühəndislər mühərriklərin bəzi komponentlərini sadələşdirəcəklər. SuperHeavy raketi və Starship kosmik gəmisi SpaceX şirkətinin kosmik strategiyasının əsas elementləri olacaqlar. Məhz onlar ilk turistləri Aya, astronavtları isə Mars planetinə aparacaqlar. Sözügedən layihə yüksək miqdarda investisiyalar tələb edir. Musk-ın sözlərinə əsasən xərclər aşağı salınmasa nəticədə SpaceX şirkəti iflasa uğraya bilər.