Mobil “Əşyalar interneti” üçün yeni həll


Digərləri 07 Fev 2019 07:11:00 237 0

Mobil “Əşyalar interneti” üçün yeni həll

İsveçin "Ericsson" telekommunikasiya avadanlığı istehsalçısı operatorlara maşınqayırma, sənaye istehsalı və mənzil-kommunal təsərrüfatı sahələrində müxtəlif "Əşyalar interneti" (IoT) layihələrini həyata keçirməyə imkan verən yeni həllər təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, şirkət "Əşyalar interneti" biznesini dörd istiqamət çərçivəsində inkişaf etdirmək niyyətindədir: kütləvi "Əşyalar interneti" (Massive IoT), genişzolaqlı "Əşyalar interneti" (Broadband IoT), kritik senarilər üçün "Əşyalar interneti" (Critical IoT) və sənayenin avtomatlaşdırılması üçün "Əşyalar interneti" (Industrial Automation IoT). Şirkət nümayəndələrinin sözlərinə görə, genişzolaqlı "IoT" və sənayenin avtomatlaşdırılması üçün "IoT" yeni həllərdir.

Məlumata görə, "Ericsson" şirkəti mobil "Əşyalar interneti" konsepsiyasının inkişafı çərçivəsində kütləvi "IoT" üçün təkmilləşdirilmiş funksiyalar da təqdim edib. Bunun sayəsində "NB-IoT" mobil stansiyalarının radiusunu proqram təminatının yenilənməsi hesabına standart 40 km-dən 100 km-dək genişləndirmək mümkün olub.