XİN: Türkiyənin fransız siyasətçilərindən öyrənəcəyi bir şey yoxdur


Digərləri 07 Fev 2019 01:21:37 224 0

XİN: Türkiyənin fransız siyasətçilərindən öyrənəcəyi bir şey yoxdur

Türkiyənin təkəbbürlü fransız siyasətçilərindən öyrənəcəyi bir şey yoxdur.

Bakı. Rauf Quliyev - Türkiyənin təkəbbürlü fransız siyasətçilərindən öyrənəcəyi bir şey yoxdur. Trend-in məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy Fransa Prezidenti Emmanuel Makronun 1915-ci il hadisələri ilə bağlı sözlərini şərh edərkən deyib. Aksoy qeyd edib ki, 1915-ci il hadisələri, hüquqi, tarixi və akademik diskussiyalar predmeti olmaqla, başda ölkə prezidenti olmaqla Fransa hakimiyyətinə "dəfələrlə izah olunub": "Buna baxmayaraq, Fransa Prezidenti Makron tarixi faktlara, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və Fransanın Konstitusiya Məhkəməsinin qərarlarına məhəl qoymayaraq erməni seçicilərin səslərini almaq məqsədi ilə verdiyi sözü yerinə yetirməyə çalışır".