Kembric Universiteti milyarder məzunundan rekord məbləğdə ianə alıb


Digərləri 06 Fev 2019 22:55:00 289 0

Kembric Universiteti milyarder məzunundan rekord məbləğdə ianə alıb

Kembric Universitetinin məzunu, britaniyalı milyarder Devid Hardinq doğma təhsil müəssisəsinə rekord məbləğdə - 100 milyon funt sterlinq ianə köçürüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həmin məbləğin 79 milyon funt sterlinqi ən istedadlı tələbələrin təqaüd xərclərinin ödənilməsinə sərf olunacaq (bu vəsaitin 25 milyon funt sterlinqi Hardinqin təhsil aldığı "St Catherine`s College" kollecinin aspirantlarına veriləcək), qalan vəsait isə tələbələrə dəstək fəaliyyətlərinə sərf olunacaq.


Xəbərə aid fotolar