Bakıda oğurluq və narkotik alverində təqsirləndirilən dəstəyə hökm oxundu


Digərləri 06 Fev 2019 20:24:24 199 0

Bakıda oğurluq və narkotik alverində təqsirləndirilən dəstəyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nurlan Ağayev, Sərhat Əmirov, Mirasəf Kərimli, Novruz Salayev və Mədət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.