Atılmış avtomobillər kolleksiyası tapıldı "Lamborghini", "Porsche"...


Dünya 06 Fev 2019 18:24:00 290 0

Atılmış avtomobillər kolleksiyası tapıldı  "Lamborghini", "Porsche"...

Fransada 81 ədəd atılmış avtomobildən ibarət kolleksiya aşkar edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, kolleksiyaya "Lamborghini Miura P400" və "Jaguar E-Type" kimi nadir və bahalı idman avtomobilləri də daxildir.

Kolleksiyadakı avtomobillərin əksəriyyəti 1960-70-ci illərdə buraxılıb. Bununla belə, 1905-ci il Fransa istehsallı "Rolland-Pilain" markalı kabrioletə də rast gəlmək olar.

1968-ci il istehsallı "Lamborghini Miura P400" V12 3.9l orijinal mühərrikini saxlayıb, yürüşü isə 77 886 km-dir. İdman avtomobilinə 400-600 min avro qiymət qoymaq planlaşdırılır.

"Jaguar E-Type" kupesi isə yaxşı vəziyyətdə olmadığı üçün 10 dəfə ucuz olacaq.


Xəbərə aid fotolar