Axtarışda olan şəxs tutuldu


Digərləri 06 Fev 2019 17:14:00 193 0

Axtarışda olan şəxs tutuldu

Gəncədə qəsdən adam öldürmə maddəsi ilə axtarışda olan şəxs tutulub.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Baş Mühafizə İdarəsinin və Baş Əməliyyat Statistik İnformasiya İdarəsi əməkdaşları tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) və 162-ci (quldurluq) maddələri ilə axtarışda olan M.Abdullayev saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinə təhvil verilib.