“İşsizin DOSTu” proqramına cəlb edilənlərin sayı 23 mini ötüb


Digərləri 06 Fev 2019 16:42:00 229 0

“İşsizin DOSTu” proqramına cəlb edilənlərin sayı 23 mini ötüb

“İşsizin DOSTu” proqramı çərçivəsində ödənişli ictimai işlərlə təmin ediliblər.

Bakı. Fevral ayının ilk günlərində rayon (şəhər) məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslərdən daha 7 mindən çoxu “İşsizin DOSTu” proqramı çərçivəsində ödənişli ictimai işlərlə təmin ediliblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, onlarla əmək müqaviləsi bağlanılıb. Bundan sonra isə ictimai faydalı xarakter daşıyan işlərin (abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s.) yerinə yetirilməsinə başlayıblar.