DTX Bakıda aeroportda əməliyyat keçirdi, mütəşəkkil dəstə zərərsizləşdirildi


Digərləri 06 Fev 2019 16:24:00 239 0

DTX Bakıda aeroportda əməliyyat keçirdi, mütəşəkkil dəstə zərərsizləşdirildi

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Heydər Əliyev Beynəlxalq Hava Limanında əməliyyat keçirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, keçirilən əməliyyat nəticəsində Türkiyədən Azərbaycana qaçaqmal daşıyan dəstə saxlanılıb.

Məlum olub ki, mütəşəkkil dəstə Türkiyədən Azərbaycana gömrük nəzarətindən kənar dərman preparatları keçirirmiş.

Mütəşəkkil dəstə Türkiyədə aeroportda nəzarətdən yayınsa da, Azərbaycanda ələ keçib.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.