Vətəndaşlar evini sığortalatmağa niyə maraq göstərmir?


Digərləri 06 Fev 2019 16:15:00 225 0

Vətəndaşlar evini sığortalatmağa niyə maraq göstərmir?

Ötən gün ölkənin bəzi bölgələrində zəlzələ qeydə alındı. Təbii fəlakətlər nəticəsində bir çox əmlaka zərər dəyib. Hadisə əmlakların sığortalanmaması ilə bağlı məsələni gündəmə gətirib. Azərbaycanda daşınmaz əmlakın sığortası icbari olsa da, buna maraq çox azdır. Bəs səbəb nədir?

Son.az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan sığorta məsələləri ilə bağlı ekspert İlkin İbrahimov deyib ki, Azərbaycanda təbii fəlakətlərlə, yəni zəlzələ, sel, yer sürüşməsi, tufan və s. hallarla bağlı daşınmaz əmlakın icbari sığorta növü var:

"Əmlak sığortası "İcbari sığortalar haqqında" qanunda icbari xarakter daşıyır. Yəni evinin sənədi olan vətəndaşlar üçün bu məcburi xarakter daşıyır, eynilə avtomobillərdəki kimi. Müəyyən olunmuş məbləğ miqdarında, məsələn Bakı şəhəri üçün ildə 50 manat, Gəncə, Naxçıvan, Sumqayıt üçün 40 manat, digər rayon və şəhərlər üçün 30 manat müəyyən olub. Buna da müvafiq olaraq 25000 manat, 20000 manat və 15000 manat sığorta ödənişləri nəzərdə tutulur. Yəni ölkədə daşınmaz əmlakın çıxarış sənədi ("kupça") olan bütün əmlaklar sığortalanmalıdır. Etməyənlər cəzalanmalıdır. Lakin cəza mexanizmi inzibati Xətalar Məcəlləsində nəzərdə tutulsa da, icra mexanizmi yoxdur. Digər tərəfdən, əhali sığorta məhsullarına az maraq göstərir".

Ekspert bildirib ki, bu məsələ ilə bağlı inkişaf templəri ləng də olsa, gedir:

"Yəni ötən illərə nisbətən daha çox daşınmaz əmlak icbari sığorta olunub. Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyətləri müvafiq protokol tərtib etmək səlahiyyətlərinə malikdirlər. Amma vətəndaşlardan icbari sığortanın kütləvi şəkildə tərtib olunması görünmür, cərimələr tətbiq edilmir. Ona görə də vətəndaşlar bu məsələyə bir növ biganə yanaşırlar".

İ.İbrahimovun sözlərinə görə, notariat kontorlarında daşınmaz əmlakın sənədləşdirmə işləri aparılarkən, bir addan digər ada keçirilərkən onun icbari sığortası tələb olunmalıdır: