5 yaşlı qızın gözü qarşısında anasını və bacısını amansızlıqla öldürən ögey ata Ali Məhkəməyə müraciət edib


Digərləri 06 Fev 2019 15:35:00 235 0

5 yaşlı qızın gözü qarşısında anasını və bacısını amansızlıqla öldürən ögey ata Ali Məhkəməyə müraciət edib

Xüsusi amansızlıqla həyat yoldaşını və körpə qızını qətlə yetirən Rafiq Ələkbərov Ali Məhkəməyə müraciət edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, 20 il azadlıqdan məhrum edilən Ələkbərov Rafiq Əliş oğlunun məhkəmə prosesi mart ayının 19-da hakim Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək.

Hadisə keçən il iyunun 20-də axşam saatlarında Daşkəsən rayonunun Şahvələdli kəndində baş verib. Sərxoş vəziyyətdə arvadı ilə mübahisə edən R.Ələkbərov onu özünəməxsus tərzdə cəzalandırmaq qərarına gəlib. Buna səbəb isə mütəmadi olaraq əri tərəfindən döyülən qadının ondan polisə şikayət etməsi olub. Arvadının şikayəti əsasında inzibati qaydada məsuliyyətə cəlb edilərək 500 manat cərimə olunmasını R.Ələkbərov K.Məmmədovaya bağışlamayıb və qadından qisas almaq üçün onu və körpə qızını öldürmək fikrinə düşüb. 

Kamilənin başına yumruqla çoxsaylı zərbələr endirən R.Ələkbərov dəmir zənciri onun boğaz nahiyəsinə keçirərək it üçün nəzərdə tutulmuş qalın məftilə bağlayıb, bir müddət onu torpağa uzanıqlı vəziyyətdə saxlayıb. Bununla ürəyi soyumayıb. Qadını sürüyüb evə gətirib və taxta parçasıyla döyməyə davam edib.