Qaz sayğacları həyətyanı sahələrdən kənara çıxarılır (FOTO)


Digərləri 06 Fev 2019 15:11:51 230 0

Qaz sayğacları həyətyanı sahələrdən kənara çıxarılır (FOTO)

Binəqədi rayonunun təbii qaz təsərrüfatı yenilənir.

Bakı. Binəqədi rayonunun təbii qaz təsərrüfatı yenilənir. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən (İB) Trend-ə verilən məlumata görə, birlik tərəfindən qaz kəmərlərinin əsaslı təmiri istiqamətində Bakı şəhəri və şəhərətrafı yaşayış sahələrində də genişmiqyaslı işlər görülməkdədir. Bakının qaz şəbəkəsində aparılan təmir işləri beynəlxalq standartlar səviyyəsində həyata keçirilir. Binəqədi rayonunda da görülən işlər bu qəbildəndir. Rayonda istifadə müddətini başa vurmuş, həyətyanı sahələrdən keçən pərakəndə qaz xətlərinin təmir olunması uğurla davam etdirilir.