Yerevan Dövlət Universitetinin əməkdaşları etiraz edirlər


Dünya 06 Fev 2019 14:49:00 196 0

Yerevan Dövlət Universitetinin əməkdaşları etiraz edirlər

Yerevan Dövlət Universitetinin (YDU), təxminən, 200 əməkdaşı bu gün Ermənistan hökumətinin elmi laboratoriyalarının maliyyələşdirilməsi üçün tenderlərin keçirilməsinə dair qərarına qarşı etiraz aksiyasına başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, etirazçılar hökumət binasına doğru hərəkət edirlər.

"Nazirlər Kabinetinin və Maliyyə Nazirliyinin qərarına əsasən, elmi laboratoriyaların maliyyələşdirilməsi üçün tenderlər tələb olunur. Bu o deməkdir ki, hansısa özəl şirkət bu tenderlərdə iştirak edə bilər, YDU-nun əməkdaşları isə işsiz qalacaqlar. Bizə bu barədə ilin əvvəlində məlumat verildi, bu qərarı heç müzakirə belə edə bilmədik", - universitet əməkdaşlarından biri deyib.