Məhkəmə taksi sürücülərinə qarşı quldurluq edən şəxslərin cinayət işini yenidən prokurorluğa qaytardı


Digərləri 06 Fev 2019 12:42:00 166 0

Məhkəmə taksi sürücülərinə qarşı quldurluq edən şəxslərin cinayət işini yenidən prokurorluğa qaytardı

Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücülərinə qarşı quldurluq etməkdə təqsirləndirilən Rəsul Məmmədov və Ramiq Hüseynzadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən R.Məmmədovun vəkili Xəqani İmanov vəsatət qaldırıb. O, cinayət işində kobud pozuntular olduğunu, işin yenidən ibtidai istintaqa qaytarılmasını istəyib.

Vəsatət təmin edilib, cinayət işi yenidən prokurorluğa qaytarılıb.