Nazir bəstəkarın oğluna yüksək vəzifə verdi


Digərləri 06 Fev 2019 12:11:00 167 0

Nazir bəstəkarın oğluna yüksək vəzifə verdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bir neçə gün öncə daha bir kadr təyinatı həyata keçirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik idarəsinin rəis müavini, polis polkovnik-leytenantı Elçin Kazımi Çevik Polis Alayının komandiri, general Səhlab Bağırova müavin təyin edilib. 

E.Kazımi daha əvvəl də Çevik Polis Alayında işləyib, Səhlab Bağırov da "Qorotdel"in rəis müavini olmadan öncə ÇPA-nın komandiri olub. İndi isə hər iki polis zabiti köhnə işinə geri qayıdıb.