Makron 24 aprel tarixini qondarma "erməni soyqırımı" ilə bağlı anım günü elan etmək istəyir


Dünya 06 Fev 2019 11:25:00 281 0

Makron 24 aprel tarixini qondarma "erməni soyqırımı" ilə bağlı anım günü elan etmək istəyir

Fransa Prezidenti Emmanuel Makron Fransada 24 aprel tarixini qondarma "erməni soyqırımı" ilə bağlı anım günü elan etmək niyyətindədir

Fransa Prezidenti Emmanuel Makron Fransada 24 aprel tarixini qondarma "erməni soyqırımı" ilə bağlı anım günü elan etmək niyyətindədir.

Son.az Trend-ə istinadən bildirir ki, Fransa Erməni Təşkilatları Əlaqələndirmə Komitəsinin illik ziyafətinə qatılan E.Makron seçkiqabağı təşviqat kampaniyasında vəd etdiyi kimi, Fransa təqviminə qondarma "erməni soyqırımı" ilə bağlı anım gününün əlavə ediləcəyini açıqlayıb.

E.Makronla yanaşı ziyafətdə Paris meri Ann İdalqo, İl-de-Frans regionunun Şura sədri Valeri Pekress, Fransa Erməni Təşkilatları Əlaqələndirmə Komitəsinin həmsədrləri Murad Papazyan və Ara Toranyan kimi erməni lobbisinin fəal üzvləri də olub.