Şamaxıda zəlzələ zamanı məktəb qəzalı vəziyyətə düşüb,


Digərləri 06 Fev 2019 09:50:00 218 0

Şamaxıda zəlzələ zamanı məktəb qəzalı vəziyyətə düşüb,

 Şamaxı rayonunda baş verən zəlzələ zamanı şəhər 2 saylı tam orta məktəb qəzalı vəziyyətə düşüb.

Son.az report-a istinadən xəbər verir ki, iki korpusdan ibarət olan məktəbin 2-ci korpusunun tavan hissəsi çöküb, binanın 3-cü və 2-ci mərtəbəsində çatlar əmələ gəlib və qəzalı vəziyyətə düşüb. 

Məktəbin qəzalı vəziyyətə düşən korpusuna şagird və müəllimlərin girişi qadağan edilib. Məktəbin 1-ci korpusu birmərtəbəli olduğundan binaya ziyan dəyməyib. Məktəbdə dərslər müvəqqəti olaraq dayandırılıb. Əraziyə FHN əməkdaşları və yerli icra hakimiyyətinin rəsmiləri baxış keçirib.