İranda xurma festivalı keçiriləcək


Digərləri 06 Fev 2019 08:59:00 215 0

İranda xurma festivalı keçiriləcək

İranın tarixi şəhəri olan Şirazda ilk dəfə xurma festivalı keçiriləcək. Festivalda xurma təsərrüfatlarının rəhbərləri ilə yanaşı, bu məhsulun ixracı ilə məşğul olan firmaların nümayəndələri və xarici dövlətlərin İrandakı səfirliklərinin ticarət attaşeləri də iştirak edəcəklər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, fevralın 12-16-da keçiriləcək festival çərçivəsində seminarlar və satış yarmarkası da təşkil olunacaq.