"Azərişıq": Şamaxıda elektrik enerjisi təchizatında yaranmış fasilə aradan qaldırılıb


Digərləri 06 Fev 2019 06:55:00 233 0

"Azərişıq": Şamaxıda elektrik enerjisi təchizatında yaranmış fasilə aradan qaldırılıb

Şamaxı rayonu ərazisində elektrik enerjisi təchizatında yaranmış fasilə "Azərişıq" ASC-nin əməkdaşları tərəfindən operativ şəkildə aradan qaldırılıb.

Son.az bildirir ki, bunu "report"a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O bildirib ki, hazırda ölkəboyu hər yerdə elektrik enerjisi təchizatında heç bir problem yoxdur.

Qeyd edək ki, ötən gün axşam saatlarında Şamaxı rayonunun bəzi ərazilərində elektrik enerjisi təchizatı kəsilmişdi.