Maştağa və Nardaran qəsəbələrində konsertlər keçirilib (FOTO)


Digərləri 06 Fev 2019 01:34:37 228 0

Maştağa və Nardaran qəsəbələrində konsertlər keçirilib (FOTO)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Maştağa və Nardaran qəsəbələrində konsertlər keçirilib.

Bakı. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Maştağa və Nardaran qəsəbələrində 2 fevral - Gənclər gününə həsr olunmuş konsertlər keçirilib. İdarədən Trend-ə verilən məlumata görə, aparıcı Humay Muxtarova konsert iştirakçılarını Gənclər günü münasibətilə təbrik edib, bildirib ki 1996-cı il 2 fevral tarixində gənclərin 1-ci forumu keçirilib, 1997-ci ildən isə Heydər Əliyevin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunmağa başlanıb. Həmin tarixdən etibarən hər il ölkəmizdə bu bayram geniş qeyd olunur. H.Abbasov adına Mədəniyyət Mərkəzində gənc müğənni Mina Hüseynin, Nardaran qəsəbə klubunda isə tanınmış müğənni İzzət Bağırovun ifasında konsert proqramları təqdim olunub. Konsert zamanı onlar bir-birindən rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.