Spekulyasiya baş tutmadı İsrail Azərbaycanı dronsuz qoymadı


Digərləri 05 Fev 2019 23:43:00 225 0

Spekulyasiya baş tutmadı  İsrail Azərbaycanı dronsuz qoymadı

İsrail Müdafiə Nazirliyi erməni KİV-nin ittiham etdiyi "Aeronautics Ltd"-yə Azərbaycana silah ixrac etmək üçün verilən lisenziyanı bərpa edib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, 2017-ci ildə erməni KİV-i məlumat yaymışdı ki, guya "Aeronautics Ltd." şirkətinin əməkdaşları "Orbiter 1K" dronalarının imkanlarını Azərbaycanın rəsmi şəxslərinə göstərmək üçün onları Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirilən erməni hərbçilərinə qarşı yönəldib. Erməni KİV-i bundan sonra uzun müddət guya İsrail Müdafiə Nazirliyinin şirkətin rəsmi Bakıya silah ixracına dair lisenziyanı dayandırdığını yazıb.

İsrail KİV-nin yaydığı məlumata görə, "Aeronautics Ltd." dronlarının Azərbaycana tədarükünə icazə verilməsi barədə qərar İsraildə ən böyük silah idxalçılarından olan "Rafael"in bu şirkəti 231 milyon dollar qarşılığında almasından 3 həftə sonra qəbul edilib.

Azərbaycan və "Aeronautics Ltd."-nin birgə yaratmış olduğu "Azad Systems" adlı birgə müəssisə "Aeronautics" tərəfindən hazırlanan "Orbiter" uçan pilotsuz aparatları, həmçinin "Orbiter 1K"nın bazasında "Zərbə" adlı raket buraxır.