Qəlbdəki nigarançılığı aradan aparmaq üçün effektiv yol


Digərləri 05 Fev 2019 22:50:00 230 0

Qəlbdəki nigarançılığı aradan aparmaq üçün effektiv yol

İlahi hikmət onu isbat edir ki, yer üzündə olan hər bir şey Allahın dəqiq hesab və kitabı əsasında xəlq olmuşdur.

Dünyada baş verən hadisələrin hamısının hikməti və hədəfi vardır. Heç bir hadisə hikmət olmadan həyata keçməz.

Bəs İlahi hikmətin tərbiyəvi təsirləri hansılardır?

1. Əgər insan İlahi hikmətə diqqət edərsə, onun elminin inkişaf etməsinə dərin təsirlər qoya bilər. Belə ki, dünya haqqında və onun sirləri haqqında agahlıqlar əldə edər. Bu elm də bəşərin tərəqqi etməsini sürətləndirər. Belə ki, əgər biz qəbul etsək ki, bu gözəl aləmi qüdrətli bir memar xəlq etmişdir və onda hikmətin sirləri vardır - heç bir zaman hansısa bir hadisənin kənarından laqeyd halda keçmərik. Hər bir hadisəni diqqətəlayiq halda tədqiq edərik.