Çoxmənzilli binaların dam örtüyü yenilənir


Digərləri 05 Fev 2019 22:26:00 244 0

Çoxmənzilli binaların dam örtüyü yenilənir

Sumqayıt şəhərində 263 binanın tol örtüklü damları kirəmit örtüklə dəyişdirilir. Ötən gün prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamın icrasına başlanılıb. Sərəncamda nəzərdə tutlan digər şəhərlərdə də təmir işləri aparılır.

Sumqayıtda 263 çoxmənzilli binanın toldan olan dam örtüyü yenilənəcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bütün binaların damı müasir görünüşlü kirəmit örtüklə əvəzlənəcək.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Rövşən Fərəcov bildirib ki, artıq binalarda təmir işilərinə başlanılıb.

Binaların dam örtüyünün dəyişdirilməsi sakinlərin də ürəyincə olub.