Paltarlarda etiketlərin saxta olduğunu necə bilmək olar?


Digərləri 05 Fev 2019 22:28:00 259 0

Paltarlarda etiketlərin saxta olduğunu necə bilmək olar?

Ötən gün Çin istehsalı olan paltarlara dünyaca məşhur firmaların etiketlərini vurub satışını həyata keçirən mağazalar şəbəkəsi ifşa olundu. Bu hadisədən sonra paltarlara yapışdırılan etiketlərin orijinallığı məsələsi gündəmə gəlib. Bəs saxta etiketi orijinalından necə fərqləndirmək olar?

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bir çox müştəri paltarların üzərindəki etiketlərin orijinal olub-olmadığını müəyyənləşdirməkdə çətinlik çəkirlər. Xüsusilə də brend firmalara məxsus etiketlərin peşəkarlıqla sex mallarının üzərinə tikilərək satışa çıxarılması müştəriləri çaş-baş salır. Nəticədə aldadılan müştəri xeyli miqdarda ziyana düşür.

Tekstil üzrə mütəxəssis Anar Quliyev deyib ki, saxta etiketi orijinalından fərqləndirməyin bir neçə yolu var.

Mütəxəssis bildirib ki, paltarın üzərində həm malı istehsal edən ölkənin, həm də markanın etiketləri ayrı-ayrı olmalıdır ki, bu da məhsulun orijinalını saxtasından ayırmağa kömək edir.