İŞİDin yeddi il əvvəl oğurladığı jurnalist sağdır


Dünya 05 Fev 2019 21:33:00 254 0

İŞİDin yeddi il əvvəl oğurladığı jurnalist sağdır

İŞİD terror qruplaşması tərəfindən yeddi il əvvəl Suriyada oğurlanmış britaniyalı jurnalist Con Kentli hələ də sağdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə The Guardian qəzeti Böyük Britaniya Daxili İşlər Nazirliyinin bəyanatına istinadla məlumat yayıb.

Nəşrin məlumatına əsasən, Britaniya DİN rəhbərinin təhlükəsizlik məsələləri üzrə müavini Ben Uolles jurnalistlərlə görüşündə təfərrüatlara varmaqdan imtina edib. O, həmçinin terrorçuların jurnalisti hazırda harada saxladıqları barədə də informasiya verməyib.