Kişilər niyə görüşəndə öpüşür?


Digərləri 05 Fev 2019 20:39:00 361 0

Kişilər niyə görüşəndə öpüşür?

Zəmanə dəyişib. Əl uzadıb yanaqdan öpməyən az adam tapılar. Son zamanlar bu oğlanlar arasında da geniş yayılıb.

Son.az xəbər verir ki, ARB TV-nin "Günə Doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Dostlarınızla görüşəndə öpüşüb görüşürsüz?

Sakin: "Bəli, iki, üç, beş dəfə rastlaşsaq öpüşüb görüşürük".

Sakin: "Kişi kişiylə öpüşməz, bizim vaxtımızda belə şeylər olmayıb".

Sakin:  "XXI əsrdə yaşayırıq. Zamana uyğunlaşmalıyıq".

Sakin: "Öpüşmək olar ayda bir dəfə, 10 gündən bir görüşəndə. Day hər gün yaxşı deyil".

Əhməd Qəşəmoğlu - sosioloq: "Bizim dövrdə küçədə bir-birlərini görəndə kişilər arasında öpüşmək kimi bir şey yox idi. Bu ilk-əvvəl kommunistlər arasında yarandı. Çünki, SSR-nin başçısı L.İ.Brejnev kiminləsə görüşəndə öpüşməyi xoşlayırdı. Bir də baxdıq ki, bütün partiya işçiləri küçədə hamısı öpüşürlər".

Aida Nəbiyeva - psixoloq: "Hətta bəzi insaların xoşuna gəmir, baxmayaraq ki,onlar bunu dilə gətirmirlər. Diksinirlər kiminsə onun yanağından öpməsindən, qarşıdakı insan isə onu nəzərə almadan daha emosianal şəkildə onu öpməyə çalışır və bu da onlarda bəzən qıcıq yaradır".


Xəbərə aid fotolar