Hicaba keçən aktrisa Afrikada 11 su quyusu qazdırdı


Digərləri 05 Fev 2019 19:54:00 235 0

Hicaba keçən aktrisa Afrikada 11 su quyusu qazdırdı

Bu yaxınlarda hicaba girən və dərnək qurub xeyriyyə işləri ilə məşğul olan aktrisa Qamze Özçelik Afrikaya səfər edib.

Son.az "ölkə.az"a istinadən xəbər verir ki, aktrisa Afrikada 11 su quyusu qazdırıb.

Hicaba keçdikdən sonra xeyriyyəçilik fəaliyyətlərini artıran Qamze həm su quyusu qazdırmaq, həm də digər yardım fəaliyyəti həyata keçirmək üçün səfər etdiyi Kamerundan fotolar paylaşıb. O, 11 su quyusunu ehtiyacı olanlara təhvil verdiyini izləyiciləri ilə bölüşüb.