Lerikdə 4 bala yaxın zəlzələ olub


Digərləri 05 Fev 2019 18:17:00 269 0

Lerikdə 4 bala yaxın zəlzələ olub

Zəlzələ episentrdə 4 bala yaxın, ətraf yaxın rayonlarda 3 bala qədər hiss olunub.

Bakı. Lerikdə zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, ilkin məlumatlara əsasən yerli vaxtla saat 17:24-də Yardımlı stansiyasından 24 km şimal-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb.