Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib


Digərləri 05 Fev 2019 17:50:00 163 0

Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib

Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu il 5 fevral tarixində 3 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib.

Bakı. Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu il 5 fevral tarixində 3 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə və məhkəmələrdə olmaqla 5-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 6-sı isə B növü vəzifələrə (inzibati icraçı) aiddir. Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Hesablama Palatasında sektor müdiri və inzibati vəzifələrin 5-ci təsnifatına uyğun Qida Təhlükəsizliyi Agentliyində regional bölmənin rəhbəri vəzifələridir. Ümumilikdə isə, Hesablama Palatasında 5, Qida Təhlükəsizliyi Agentliyində 5, Gəncə Apelyasiya Məhkəməsində 1 vəzifə olmaqla 11 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.