Bərpa olunan enerji sahəsi üzrə Total ilə Anlaşma Memorandumu imzalanıb


Digərləri 05 Fev 2019 17:41:00 198 0

Bərpa olunan enerji sahəsi üzrə Total ilə Anlaşma Memorandumu imzalanıb

Energetika Nazirliyi və Fransanın “Total Eren” şirkəti arasında Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu (AM) imzalanıb.

Bakı. Energetika Nazirliyi və Fransanın “Total Eren” şirkəti arasında Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu (AM) imzalanıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, sənədi energetika nazirinin müavini Elnur Soltanov və “Total Eren” şirkətinin Qafqaz ölkələrində biznesin inkişafı üzrə direktoru Emmanuel Terroir imzalayıb. Anlaşma Memorandumu Azərbaycanda bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üçün əməkdaşlığı nəzərdə tutur.