Okeanda yeni ada yaranıb FOTO


Digərləri 05 Fev 2019 15:44:00 259 0

Okeanda yeni ada yaranıb  FOTO

Dünya okeanında vulkanik fəallıq nəticəsində mütəmadi olaraq kiçik quru sahələri yaranır. Onların əksəriyyəti yox olur. Amma kiçik ada-dövlət Tonqada yaranmış ada belə deyil.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 2014-cü ilin dekabrında Sakit Okeanın dibindəki Hunqa-Tonqa vulkanı püskürməyə başlamışdı. Nəticədə Tonqadan təxminən 45 km şimal-qərbdə kiçik ada yaranıb. Başqa belə adalar kimi, o, vulkanik şlakdan ibarət idi.

Son 150 ildə yaranış vulkanik adalardan yalnız üçü üç aydan çox "duruş" gətirə bilib. Həmin adalardan biri İslandiyadadır. Bu səbəbdən də alimlər Tonqa yaxınlığında yaranan, sahəsi təqribən 200 hektar olan "Hunga Tonga-Hunga Haapai" adasını maraqla müşahidə və tədqiq edirlər.

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) ötən ilin sonlarında bu adaya mütəxəssislər yollayıb. Peyklə çəkilən fotolar yeni adanın relyefini dəqiq qiymətləndirməyə imkan verməyib.


Xəbərə aid fotolar