"Yelkənlərin qiyməti ən aşağı 4 min manat olur"


Digərləri 05 Fev 2019 14:58:00 249 0

"Yelkənlərin qiyməti ən aşağı 4 min manat olur"

- Həkim, reportaj üçün sizə hansı gün uyğundur?

- Cümə günü qəşəng cənub küləyi olacaq. Məncə, o gün olar.

Nə yalan deyim, indiyə kimi müsahibimdən hələ belə cavab almamışdım. Daha çox günlük-günəşlik günlərə üstünlük versək də, bu dəfə küləyin olacağına sevinirik.

Ancaq sonradan çəkiliş əsnasında küləyin reportajımız üçün nə dərəcədə vacib bir amil olduğunu gördük. Adından göründüyü kimi, külək sörfinqi.

Müsahibim stomatoloq Elnur Həsənlidir. Onun haqqında elə xəstələrindən xəbər almışam. Onlar həm də həkimin əl işi ilə yanaşı, xoş əhvalından və məşğul olduğu maraqlı idman növlərindən danışırdılar. Elə budəfəki mövzumuz da həkimin hobbisi olan yelkənli sörfinqdir.

Odur ki, qafqazinfo olaraq müsahibimizlə birlikdə Türkan çimərliyinə yollanırıq. Qış aylarında çimərlik, sadəcə, sörfçülərə xidmət edir. Ona görə də sahildə bir biz, bir də hələ bir neçə aylıq olan, Bob ləqəbli it var.

- 3-4 il olar ki, bununla məşğul oluram. İlk olaraq Türkiyədə əyləncə üçün sınaqdan keçirdim. Çox xoşuma gəldi. Daha sonra dostlarımla məsləhətləşdim və birlikdə yelkən sifariş vermək qərarına gəldik. 

Yay, qış - fərqi yoxdur, həftədə iki dəfə mütləq dənizə gəlirik. Çox əyləncəli və stressdən uzaqlaşdıran bir idman növüdür. Hər yerdə təhlükə var. Ancaq mən deməzdim ki, təhlükəli idman növüdür. Müəyyən sərhədlər var ki, onu qorumalısan.

- Hansı sərhədlərdir?

- Küləyi, istiqamətini düzgün təyin etmək lazımdır. Xilasedici jilet, ətrafda səni müşahidə edəcək adam olsa, yaxşı olar. 

- Siz bura daha çox qış aylarında gəlirsiz. Yəqin ki, bunun da səbəbi küləyin daha çox olmasıdır. Bəs soyuq suda üzmək çətin deyil?

Bizim əynimizdə termogeyimlər var ki, 3 mm qalınlığında neopren kauçukundan hazırlanıb. Çox az miqdarda su keçirir. Yayda üzməydən elə də fərqi olmur. Biz küləyin istiqamətindən asılı olaraq yerimizi təyin edirik.

- Ölkədə bu sörf növü üçün xüsusi məkanlar var?

- Bakı yarımada formasında olduğu üçün bütün küləklərdə üzməyə yer var. 

- Maraqlıdır ki, ölkədə bu sahəyə maraq göstərən 9-10 nəfər var, elə onların da üçü siz-diş həkimlərisiz. Belə baxıram, stomatoloqların küləyə, adrenalinə xüsusi sevgisi var. Bir-birinizə tövsiyə etmisiz, ya əvvəlcədən marağınız olub, görüşmüsüz?

- Düzü, siz dediyiniz zaman diqqət etdim, maraqlıdır. Yaqub həkimlə birlikdə universiteti bitirmişik, Emin həkimlə bizi elə sörf birləşdirib. Sonradan məlum olub ki, onların motosiklet marağı da var və bu adrenalinli, əyləncəli idman növlərinə maraq sonradan bizi yaxınlaşdırıb. 

Bizim işimiz bir qədər gərgindir. Gərginliyi aradan qaldırmaq üçün sərin dəniz, adrenalinli idman növləri pis deyil. Yəqin ki, başqa sahədə də işləsək, yenə də marağımızı çəkən məqamlar olardı.

- Adrenalinli idman növlərinin təhlükəsi ilə yanaşı, yaşatdığı qorxulu məqamlar da az olmur. Başınıza belə hadisələr gəlib?


Xəbərə aid fotolar