Dövlətin şəhid ailələrinə göstərdiyi qayğı razılıq doğurur


Digərləri 05 Fev 2019 14:36:31 258 0

Dövlətin şəhid ailələrinə göstərdiyi qayğı razılıq doğurur

Filosoflardan biri deyib: Doğulmaq təsadüf, ölüm isə zərurətdir. Başqa bir filosof isə ölümü yaşanan həyatın sonunda qoyulan nida işarəsinə bənzədir. Filosofların məntiqi ilə razılaşmamaq mümkün deyil. Lakin şübhəsiz ki, Vətən yolunda həlak olan şəhidlərin ölümü ən şərəfli və ən yüksək mərtəbədə yer tutur.

Fəxri Novruzov 1995-ci ilin fevralında Tərtər rayonun kəndlərini erməni hərbi birləşmələrinin hücumundan qoruyarkən şəhid olub. Son.az bildirir ki, onun qardaşının həyat yoldaşı Həmişəxanım Novruzova öz canını ana Vətən yolunda qurban verən cəsur əsgər haqqında AZƏRTAC-a deyib: "Fəxri lap kiçik vaxtlarından mənim gözlərimin qarşısında böyüyüb. Onun qəlbindəki təəssübkeşlikdən, yurd sevgisindən yaxşı xəbərdar idim. Atalar doğru deyib: niyyətin hara, mənzilin ora. O, Dağlıq Qarabağ hadisələri başlayandan, ermənilərin əsassız torpaq iddialarının ilk günündən özünü çox narahat hiss edirdi. Nankor qonşuların törətdiyi cinayət əməlləri, təcavüzkar hərəkətləri barədə eşitdikcə rahatlıq tapa bilmirdi. Fəxri həmin ağır günlərdə evdə oturmağı heç cür özünə sığışdırmırdı. O, Vətənin çağırışıma hay verərək ömrünün ən gözəl illərini torpaqlarımızın bütövlüyünün qorunmasına sərf etdi və bu yolda da öz canını əsirgəmədi".


Xəbərə aid fotolar