Ev nə vaxt veriləcək? Nazirlər Kabinetinin qərarı gecikir FOTO


Digərləri 05 Fev 2019 13:02:00 240 0

Ev nə vaxt veriləcək?  Nazirlər Kabinetinin qərarı gecikir  FOTO

2017-ci ilin dekabr ayından başlayaraq AzTV-nin teleqülləsinin cənub hissəsində baş verən böyük sürüşmə nəticəsində köçürülən 100-ə yaxın ailə ilə bağlı artıq qərar verilməlidir.

2017-ci ilin dekabr ayından başlayaraq AzTV-nin teleqülləsinin cənub hissəsində baş verən böyük sürüşmə nəticəsində köçürülən 100-ə yaxın ailə ilə bağlı artıq qərar verilməlidir.

Son.az bildirir ki, qafqazinfo-nun verdiyi xəbərə görə, dekabrdan başlayan və iki ay davam edən sürüşmə 2018-ci il fevralın 11-də böyük yarğanlar əmələ gətirdi. Ardınca isə torpaq kütləsi evlərə doğru hərəkət edərək 6 fərdi yaşayış evini uçurdu. Həmin zaman Nazirlər Kabineti evi torpağın altında qalan 6 ailəyə kompensasiya ödədi. Təhlükəsizlik məqsədilə ərazidən köçürülən 98 ailəyə isə aylıq kirayə haqqı verildi. NK-nın qərarı ilə onlara veriləcək kirayə haqqının müddəti 11 ay müəyyən edilib. 2019-cu il fevralın 1-də həmin müddət başa çatdı və artıq bu aydan etibarən ailələrə kirayə pulu ödənilməyəcək.

Bəs onların taleyi necə olacaq?

Bu məsələyə Nazirlər Kabineti qərar verməlidir, lakin 11 ay ötsə də, hər hansı kompromisə gəlinməyib. Sakinlər öz evlərinəmi qayıdacaq, yoxsa kompensasiya veriləcək? Bu məsələyə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyi rəy verməlidir. Lakin 2018-ci ilin noyabr ayından başlayaraq Bakının Badamdar, Bayıl, Zığ qəsəbələrində baş verən böyük sürüşmələr bu işin təhlükəliliyini daha da artırdı. Belə olan halda 98 ailəyə kompensasiya verilməli olacaq.

Əldə etdiyimiz məlumata görə, sürüşmə ərazisindən köçürülən 98 ailədən təxminən 30-u məcburi köçkündür. Onlara isə məcburi köçkünlər üçün nəzərdə tutulan binalardan mənzil verilməsi gözlənilir.


Xəbərə aid fotolar