Gömrük Komitəsi: "Sayı 3ü keçsə, müsadirə olunub, anbara vurulacaq"


Digərləri 05 Fev 2019 12:22:35 227 0

Gömrük Komitəsi: "Sayı 3ü keçsə, müsadirə olunub, anbara vurulacaq"

Azərbaycandan xaricə səfər edən ölkə vətəndaşları ölkəyə qayıdarkən alıb gətirdikləri əşyaların ölkəyə gətirilməsi ilə bağlı yeni məhdudiyyətlər və qadağalarla üzləşiblər.

Son.az fed.az-a istinadən xəbər verir ki, müraciət edən şəxslər bildirib ki, şəxsi istifadə olunan bir neçə kiçik əşyaların gətirilməsi zamanı gömükdə onların keçirilməsinə icazə verilməyib və bildirilib ki, şəxsi istifadə üçün gətirilən malların sayı və məbləği, eyni zamanda həm qiymət, həm də say limiti ilə məhdudlaşıb.

Dövlət Gömrük Komitəsindən belə bu məhdudiyyətlərin olduğunu təsdiqləyiblər. Komtədən bildiriblər ki, dəyərindən asılı olmayaraq (hətta qanunvericilikdəki məbləğ limiti daxilində olsa da,) istənilən əşyadan ölkəyə şəxsi istifadə üçün yalnız 2 ədəd gətirmək olar. 3-cü əşya olduqda bu artıq həmin əşyanın kommersiya məqsədilə gətirilməsi hesab olunur və malı gətirən vətəndaş ona görə gömrük rüsum və vergiləri ödəməlidir. Bu Nazirlər Kabinetinin 2013-cü il tarixli 305 saylı qərarı ilə təsdiqlənmiş qaydalarda nəzərdə tutulub.

"Həmin qaydalara görə, xaricdən gələnlər özləri ilə şəxsi istifadə üçün eyni əşyadan maksimum 2 ədəd gətirə bilərlər"-deyə Komitədən bildirilib. Maraqlıdır ki, bu qayda istənilən təyinatlı və istənilən qiymətə olan əşyalara aiddir. Məsələn, hətta qiyməti bir neçə dollar olan suvenirlər və ya kitabların eynisindən cəmi 2 ədəd gətirilməlidir.

"Bir əşyadan 3-ü gətirilsə necə?" sualının cavabında Komitədən bildirilib ki, həmin əşyadan 3-cüsü olsa, malların hamısı (qaydalarla icazə verilən 2 ədəd də) qanunsuz mal kimi vətəndaşdan alınıb anbara vurulur. Və həmin şəxs öz vəsaiti ilə həmin malları geriyə göndərməlidir.