Britaniya sosial şəbəkələrə nəzarəti gücləndirəcək FOTO


Digərləri 05 Fev 2019 11:15:00 222 0

Britaniya sosial şəbəkələrə nəzarəti gücləndirəcək  FOTO

Sosial şəbəkələrə və "+18" məzmunlu saytlar uşaqlarla yeniyetmələrin psixologiyası üçün ciddi təhlükə mənbəyinə çevrilib. Bunun qarşısını almaq, problemi həll etmək gərəkdir. Özü də təcili olaraq.

Britaniyanın rəqəmsal texnologiyalar naziri Marqo Ceyms sosial şəbəkələrdə təhqir, trollinq və aşağılama problemlərinin həlli üçün yeni qanuna ehtiyac duyulduğunu bildirib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Britaniyada bu ayın əvvəlindən etibarən "yalnız böyüklər üçün" kontentli saytlara girişdə məhdudiyyətlər tətbiq olunmağa başlayıb. Sistem aprel ayında tam işə düşəcək.

Yetkinlik yaşına çatmamışların erotik və pornoqrafik məzmunlu saytlara girişinin qarşısını almaq üçün tətbiq edilən sistem internet istifadəçisindən həddi-buluğa çatmasının sübutunu istəyir. Bunun üçün həmin şəxs sayta "verifikasiya kartı"nı və ya şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidir.

Bununla yanaşı, sosial şəbəkələrdə təqiblər, trollinq və aşağılamaların son aylarda Britaniyada bir neçə yeniyetmənin intiharına səbəb olması yeni məhdudiyyətlərin tətbiqini gündəmə gətirib.


Xəbərə aid fotolar