Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı konfrans keçirilib


Digərləri 05 Fev 2019 11:18:58 195 0

Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı konfrans keçirilib

Bu gün Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı konfrans keçirilib.

Bakı. Elçin Mehdiyev - Bu gün Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı konfrans keçirilib. Trend-in məlumatına görə, konfransda gənclər və idman naziri Azad Rəhimov, "Formula 1" Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) icraçı direktoru Arif Rəhimov, yerli və xarici şirkətlərin rəhbərləri və digər qonaqlar iştirak edib. Tədbirdə "Formula 1" və digər irimiqyaslı idman yarışlarının Azərbaycana gətirdiyi faydalardan söz açılıb. Azərbaycandakı Amerika Ticarət Palatasının icraçı direktoru Natavan Məmmədova bildirib ki, irimiqyaslı beynəlxalq yarışların Azərbaycanda keçirilməsi orta və kiçik müəssələr də daxil olmaqla, bütün sahələrin inkişafına təsir edir. Direktor vurğulayıb ki, idman yarışları, eyni zamanda turizm sektorunun inkişafına mühüm töhfə verir.