Gürcüstan azərbaycanlılarının Avaqyana görə


Dünya 05 Fev 2019 10:35:00 216 0

Gürcüstan azərbaycanlılarının Avaqyana görə

Gürcüstanda yaşayan azərbaycanlılarının erməni hərbçi Mixail Avaqyana ucaldılmış büstü ilə bağlı bu gün Tbilisidə saat 12:00-da parlament binası qarşısında təyin etdiyi etiraz aksiyasına icazə verilməyib.

Son.az report-a istinadən bildirir ki, bu barədə aksiyanın təşkilatçısı Sevinc Hümbətova məlumat yayıb.

Onun bildirdiyinə görə, Tbilisi meriyasından ötən gün alınan məlumata əsasən, bugünkü aksiyaya rəsmi icazə verilməyib: "Biz aksiyanın keçirilməsi ilə bağlı Tbilisi meriyasına rəsmi olaraq məlumatı bir neçə gün öncədən vermişdik. Aksiyaya bir gün qalmış isə bunun tam əksini dedilər".